KepezTV Player
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şəhər ərazisində xidmət aparan zaman polis əməkdaşları “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Dərhal kafenin fəaliyyəti dayandırılıb. Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb. Ağstafa rayon Məhkəməsinin qərarı ilə Əkbərov 5 sutka inzibati həbs edilib.
- Baxış: 593