• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 17.12.2020 21:50

Koronavirus ürək-damar xəstələri üçün də təhlükəlidir

KepezTV Player

Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin koronavirus infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 belə xəstələrdə ağırlaşmalar yaratdığından diqqətli olmaqda və qorunmaqda fayda var.

Koronavirus ən çox ağ ciyərlə bağlı problem yaratsa da yanaşı xəstəlikləri olanlar üçün az təhlükə saçmır. Belə xəstəliklər sırasında ürək-damar problemi olanlar da risk qrupundadır. Odur ki, həkimlər ehtiyatlı olmağı və qorunmağı tövsiyyə edir.

Vüqar Abbasov kardioloq: Ürək xəstəliyi varsa da təbii ki bu  xəstə digər xəstəliyi  nisbətən daha ağır keçir. Ona görə də bu xəstələr özünü daha çox gözləməlidirlər. Dünyada bu qədər vaksin buraxılır, ilk növbədə daha çox kontaktda olan həkimlərə edirlər, yaşlı insanlara edirlər ki, onları daha çox yoluxma ehtimalı olanda daha çox yüksək ölüm faizi verə bilər. Avropa ölkələrində statiskada ölüm yaşlı insanlarda ölüm faizi verdi. Təbii ki, insan yaşlandıqca ürək-damar problemi daha çox rast gəlindiyi üçün qorunmaq lazımdı və dərmanlar içmək lazımdı.

Bəzən insanlar arasında koronavirusa yoluxmamaq üçün həkim məsləhəti olmadan dərman qəbuluna üstünlük verilir. Bu da sonradan müəyyən fəsadlar yarada bilir. Bu üzdən tövsiyyə olunmadan dərmanlardan istifadə məsləhət deyil.

Vüqar Abbasov kardioloq: Yalannan rinqer, ribaqsin, panangin kimi dərmanları alıb özünüzə körüməyin. Əgər doğrudan da istəyirsizsə bu xəstəlikdən qorunmaq elmi cəhətdən təstiq olunmuş dərmanlardan istifadə edin. Hansı ki, bütün dünya bunu istifadə edir və təstiqlənibdir, bunun elmi əsasları var. Bu aspirindir, vitamin C, vitamin D, sinqdir və digər yanaşı dərmanlardı. Başqa dərmanları istifadə etməyin, bu ancaq özünü aldatmaqdır. Əksinə xəstəliyi kəskinləşdirib pisləşdirməkdir.

Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl etməklə yanaşı güclü immun sisteminə malik olmaqdır. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir. Odur ki, deyilən tövsiyyələrə əməl etməklə, koronavirusdan qoruna bilərik. Bununla özümüzü və yaxınlarımızın həyatını xilas edərik.

Elnur Vahidoğlu