• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 17.12.2020 21:42

Qazinin şərəfli döyüş yolu

KepezTV Player

Doğma Qarabağımız üçün bu vətən illərdir şəhid verir. O vaxtdan bütün analar vətən sağ olsun deyir, atalar vüqarlı dayanır, şəhid yarları, övladları qəhrəmanları ilə fəxr edirlər... İndi uğrunda can verdiyimiz torpaq işğaldan azaddır. İndi şəhidlərimizin də ruhu şaddır. Allahdan bir daha şəhidlərimizə rəhmət diləyirik. Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərin həyat hekayəsini dinlədikcə belə qərara gəlmək olar ki, indiyə kimi baxdığımız müharibə filmləri, oxuduğumuz əsərlərin döyüş səhnələri real hadisələrə əsaslanır. Amma ikinci qarabağ müharibəsi ilə heç biri müqayisə oluna bilməz. Çünki, heç bir döyüş bu cür ruh yüksəkliyi ilə olmayıb, heç bir müharibədə yaralılar sağalıb döyüşə qayıtmağı bu qədər ürəklə arzulamayıblar.

İkinci böyük şəhər növbəti qazisini qarşıladı...Gəncəyə gələn Elvin Xanquliyev II Qarabağ müharibəsinin qəhrəmanlarındandır. O qazi olduğu üçün fəxr edir, deyir ki, “Şəhidlərimizin ruhu qarşısında vicdanım biraz da olsa, rahatdır, axı onların qanı töküldüyü torpaqlara mənim də qanım axıb”. Ayağının kəsilməsinə baxmayaraq, qazimiz böyük bir fəxrlə və ruh yüksəkliyi bizə döyüş günlərindən danışdı.

Müharibə dövründə Elvin Ali  Baş Komandanımızın xalqa müraciətini həvəslə gözləyirmiş.

Nəzakət Xanquliyevanın iki övladı hərbçidir. Qızı Esmira Xanquliyeva da hazırda işinin başındadır.