• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 17.12.2020 21:36

8221 daşınmaz əmlaka ziyan dəyib

KepezTV Player

Baş nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam imzalayıb. İlkin olaraq 9 068 128 manat ayrılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinə 2 920 500 manat,Mingəçevir Şəhər İcra Hakimiyyətinə 67 000, Ağdam Rayon İcra Hakimiyyətinə 1 848 500,Ağcabədi Rayon İcra Hakimiyyətinə 586 000,Bərdə Rayon İcra Hakimiyyətinə 233 000, Beyləqan Rayon İcra Hakimiyyətinə 124 000,Cəbrayıl Rayon İcra Hakimiyyətinə 41000, Naftalan Rayon İcra Hakimiyyətinə4 000, Tərtər Rayon İcra Hakimiyyətinə 2 296 500, Füzuli Rayon İcra Hakimiyyətinə 494 500manat,Goranboy Rayon İcra Hakimiyyətinə isə 421 500 manat ayrılıb.

Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına ödəməni təmin edəcəklər. İlkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.

İşçi Qruplarının fəaliyyəti nəticəsində məlum olub ki, 8 221 daşınmaz əmlaka ziyan dəyib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb. 222 nəqliyyat vasitəsinə ziyan vurulub, 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub.

İlkin mərhələdə evləri dağılan və qəzalı vəziyyətə düşən 258 ailəyə 3.151. 500 manat, evlərinə ziyan dəyən 5 885 ailəyə isə 5 milyon 885 min manat yardım edilməsi nəzərdə tutulur. Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar. Digərləri isə dövlət hesabına bərpa ediləcək.