• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1869
— 17.12.2020 20:24

Şəhid güləşçimizi daha yaxından tanıyaq

KepezTV Player

İkinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalanlar sırasında Tacir Cəfərov da var. Füzuli istiqamətində gedən döyüşlərdə qanı vətən torpağına qarşıan əsgər bir neçə dəfə güləş üzrə respublika yarışlarının qalibi də olub.

Tacir Cəfərov. 19 yaşlı gəncin hərbi xidmət müddəti bu ilin oktyabrda başa çatmalı idi. Ancaq sentybarın 27-də başlayan vətən müharibəsində Tacir də vətənin keşikçilərindən oldu. Füzuli istiqmaətində gedən döyüşçlərdə iştirak etdi, ta oktyabrın 28-dək.

Fariz Cəfərov şəhidin atası: Allah bütün şəhidlərimzə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Şükür ki, torpaqlarımız azad olundu. Qanları yerdə qalmadı.

Şəhid əsgər hələ yeniyetmə dövründən idmanın güləş növü ilə məşğul olub. İstər həqiqi hərbi xidmətdən əvvəl, istərsə də xidmət dövründə bir neçə yarışda iştirak edib, mükafatçılar sırasında yer alıb. Anası deyir ki, Tacir daim vətəninə bağlılığı ilə seçilib.

Səadət Cəfərova şəhidin anası: Heç nə demirdi. Ya döyüşdə olmağını, müharibədə olmağını bildirmirdi. Elə deyirdi ana özünüzə yaxşı baxın mən yaxşıyam. Uşaqlığından onun həvəsi torpaqlarımızı azad etmək idi. Hərbiçi olmaq idi.

Tacir Cəfərovun dayısı da Birinci Qarabağ Müharibəsində iştirak edib və döyüşlərin birində yaralanaraq qazi olub. Deyir bizim edə bilmədiyimizi Tacir kimi qəhrəmanlar reallığa çevirdilər.

Yəhya Əliyev şəhidin dayısı: Gələndə deyirdi ay dayı siz ala bilədiyiniz torpaqları gör biz necə alacağıq. Bizim qəhrəmanlığımızı görəssiniz. İndi görün nə qəhrəman oğullar var. Bizim şəhidlərimizə Allah rəhmət eləsin. Bizim Ali Baş Komandanımızın canı sağ olsun.

Cəfərovlar ailəsi indi bir istəyi də var, Tacirin kiçik qardaşını zabit kimi görmək. Qardaşı da şəhidin yolunu davam etdirmək əzmindədir.

İdris Cəfərov şəhidin qardaşı: Həmişə mənə deyirdi mən əsgərlikdən gələndə səni hərbi liseyə qoyacam. Mənim də həvəsim var. Demişdi hər bir şeyini də özüm təmin edəcəm.

Cəfərovlar ailəsinin şəhidi ilə bütün goranboylular kimi ölkəmiz də fəxr edir.

Natiq Hüseyn