• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1952
— 17.12.2020 17:32

Marketlərdə nöqsanlar aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilirlər. Yoxlamalar zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Bir çox marketlərdə meyvə və tərəvəz satılan bölmələrdə təması minimuma endirmək üçün şəffaf arakəsmələrin olmadığı müəyyən edilib. Mağaza sahiblərinə mövcud qüsurların aradan qaldırılması üçün müvafiq tövsiyyələr verilib.