• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 17.12.2020 12:20

Ev şəraitində müalicə alanlar polisin nəzarətində

KepezTV Player

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Tovuz rayon Polis şöbəsinin əməkdaşları fəaliyyətlərini davam etdirir. Bu baxımdan virusa yoluxan və ev şəraitində müalicə təyin edilən şəxslər ciddi nəzarətdə saxlanılır. Asayiş keşikçiləri vaxtaşırı ev şəraitində müalicə təyin edilən şəxslərin ünvanlarına baxış keçirirlər. Növbəti dəfə aparılan yoxlamalar zamanı ev şəraitində müalicə olunan şəxslərin yaşayış yerlərini tərk etməsi halları müşahidə edilməyib. Həmçinin vətəndaşlarla tövsiyə xarakterli söhbətlər aparılıb. Karantin qaydalarını pozaraq yaşayış yerini tərk edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılıb.

Pərvin Nağıyev baş inspektor:Tovuz rayonu ərazisində koronovirusla əlaqədər evdə müalicə olunan şəxslər mütəmadi olaraq yoxlanılır. Onlar barəsində hər gün raport şəklində məlumat verilir. Mütəmadi olarq onlara evdən çölə çıxmamaları barədə xəbərdarlıq edilir. Eyni zamanda telefon vasitəsi ilə əlaqə saxlanılır. Vətəndaşlardan xaiş olunur özlərini gözləsinlər.