KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub. Nazirlər bölgədəki vəziyyət, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
- Baxış: 215