• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 16.12.2020 20:01

Hansı tibbi maskalardan istifadə daha məqsədə uyğundur?

KepezTV Player

Covid-19 –un  həyatımıza daxil olması ilə özünüqoruma tədbirlərimiz də gücləndi. Ələlxüsus da tənəffüs yollarının qoruyucusu hesab edilən maskalardan istifadə xarici görünüşümüzün bir elementinə çevrildi. Apteklərdə müxtəlif formada, rəngdə və qoruyuculuq səviyyəsinə görə maskalar tapmaq olar. Bəs görəsən sağlamlığımızın qorunması üçün vacib olan bu vasitələrdən hansı bizi virusdan daha yaxşı qoruyur?

Koronavirus pandemiyasının yayılması fonunda artıq bir müddətdir ki ölkəmizdə də qapalı məkanlarla yanaşı açıq havada da maska taxılması vacib şərtə çevrilib. ÜST rəsmiləri də Covid 19-un yayılmasının qarşısını almağın əsas göstərişlərindən biri kimi tənəffüs yollarının qorunmasını göstərir. Virusun hava damcı yolu ilə keçməsini nəzərə alsaq insanlar sosial məsafəni qorumqla yanaşı keyfiyyətli maskalardan istifadəyə də üstünlük verməlidirlər.

Hazırda satışda qoruyucu maskaların müxtəlif çeşidləri mövcuddur. Elə sakinlər də təqdim edilən vasitələrdən cibinə və ya zövqünə uyğun olanını alaraq istifadə edir.

Maskalar strukturuna və hazırlanmasında istifadə edilən materilaın tərkibinə görə fərqlənsə də əsas məqsədi tənəffüs yollarını virusdan qorumaqdır. Sadə tibbi maskalar olsun və ya parçadan hazırlansından asılı olmayaraq əsas ondan düzgün istifadədir.

Son dönəmdə maskalara tək qoruyucu vasitə kimi deyil, həm də dəb xatirinə istifadə edənlərə də rast gəlmək olar. Rəngli maskalar, üstündə müxtəlif yazılar və şəkillər olan qoruyucu vasitələr daha da populyarlaşıb. Ancaq vacib olanı Covid 19-dan qorumasıdır.

 

Xəyal Quluzadə