• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 16.12.2020 20:06

Beş bacının şəhid qardaşı

KepezTV Player

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar sırasında baş leytenant Fuad Məhərrəmov da var. İgid zabitimiz bir neçə kəndin alınmasında fəallığı ilə seçilib. Növbəti videomaterialımızda beş bacının bir qardaşı olan şəhidimizdən danışacağıq.

Fuad Məhərrəmov 1994-cü ildə Goranboy rayonunun Zeyvə kəndində doğulub.Orta məktəbi də həmin kənddə bitirən Məhərrəmov digər həmyaşıdlarından fərqli olaraq hərb sahəsini seçib. Elə bu arzu ilə də Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hələ uşaq yaşlarından əldə silah düşmənə layqli müqavimət göstərmək əzmində olan şəhid zabitimiz İkinci Qarabağ savaşında hünər göstərib.

İmaməddin Məhərrəmov şəhidin atası Bir uşaqdır, biz də yalvarırdıq, hardasan ay bala, o da deyirdi, camaat harada mən də orada. Biz bilə bilmədik o harada döyüşüb.

Sentyabrın 27-dən tağım komandiri kimi döyüşlərə qatılan Fuad Məhərrəmov Füzuli rayonu istiqamətində bir neçə kəndin alınmasında iştirak edib. Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər isə şəhid zabitimiz üçün sonuncu olub.

Sərhət Məhərrəmov şəhidin əmisi Onlara deyin məndən narahat olmasınlar. Mən buna getməliyəm. Çünki mən buna hazırlaşmışam. Neçə illərdir uşaqlığımdan arzulamışam ki, mən torpağımızı vətənimizi bu işağlçılardan azad edim. Nə olacaq onlar sonra başa düşəcəklər. 

İbadə Məhərrəmova şəhidin anası 13-dək Fuad danışıb. Arada olurdu iki gün, üç gün fasilə verirdi. Soruşurdum, deyirdi zaryatkam yoxdu. Mən də inanırdım. Demə döyüşdə olurmuş. Gecə-gündüz Fuad döyüşdə olub.

Fuada qədər Məhhərrəmovlar ailəsi vətən müharibəsinin ilk günlərində bir şəhid də verib.  Ancaq zabit bacısının həyat yoldaşının şəhadət zirvəsinə ucalmasından xəbərsiz olub. İndi həyat yoldaşını və tək qardaşını itirən bacının yeganə təsəllisi torpaqlarımızın işğaldan azad olunmasıdır.

Nazilə Nəsirova şəhidin bacısı Müharibənin ilk başladığı günlərdə mən yoldaşımı itirdim. Müharibənin ortasında da qardaşım şəhid oldu. Beş bacının bir qardaşı idi. Biz qardaşımızla fəxr edirik. Qardaşımız canı ilə qanı ilə torpaqlarımızın azad olunmasında iştirak etdi.

İndi Fuad da, onun şəhid olan yeznəsi Xəqani Nəsirov da  haqq dünyasında rahatdırlar. Çünki onların qanı yerdə qalmadı.

 

Natiq Hüseyn