• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 16.12.2020 15:59

Vətənə xidmətə görə təltif olunan hərbçi

KepezTV Player

Ölkə başçısının sərəncamı ilə vətən müharibəsində iştirak edən hərbi qulluqçular, eləcə də şəhid olanlar göstərdikləri şücayətə görə təltif olundular. Onlardan biri də şəhid Mirhüseyn Seyidzadədir. “Vətənə xidmətə görə” ordenin 3-cü dərəcəsi ilə təltif olunan şəhidin həyat və döyüş yoluna birgə nəzər salaq. Vətən müharibəsi iştirakçılarının təltifləri davamlı olacaq.

Şəhid Mirhüseyn Seyidzadənin 29 yaşı var idi.Hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu olan Mirhüseyn uşaqlıqdan vətənə, torpağa bağlı olub. Bu sevgi onu hərbiyə bağlayıb və ordu sıralarında olduğu müddətdə nümunəvi xidməti ilə seçilib. Vətən müharibəsi başlayandan döyüş meydanında hərbçi yoldaşları ilə düşmənə ağır zərbələr vurub. Fizuli rayonun, kəndlərinin, eləcə də Cəbrayılın və kəndlərinin azad olunmasında qəhrəmanlıq göstərib.

Vətən uğrunda canından keçənlərin dövlətin diqqətində olması şəhid ailəsi üçün də təskinlikdir. Prezident sərəncamı ilə təltif edilənlər sırasında Mirhüseyn Seyidzadənin də adının olması minnətdarlıqla qarşılanıb.

Müharibə başlıyanda Mirhüseyn Seyidzadənin tək bir arzusu var idi. İşğalda olan torpaqlarımız azad etmək və gələn il 30 yaşını azad edilən torpaqlarımızda keçirmək. Şəhidimiz Qarabağın azad edilməsini görməsə də indi ruhu o yerləri gəzərək sevinir.

Elnur Vahidoğlu