• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 16.12.2020 15:49

Yaralananlar və şəhid ailələri ilə görüşlər başlayıb

KepezTV Player

"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmağa başlayıblar. Formalaşdırılan 69 qrup tərəfindən bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.“YAŞAT" Fondunun “Çağrı” Mərkəzi və elektron platforması qısa zamanda fəaliyyətə başlayacaq. Bu günə qədər Fond üçün həyata keçirilən ianələrin məbləği 10 milyon manatdan çoxdur. Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq.