• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 16.12.2020 16:21

Şuşa abadlaşdırılacaq

KepezTV Player

Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. İlkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib. İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşanın bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır. Qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşanın tarixi və dini abidələrinin, muzeylərinin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək.Tezliklə elektrik enerjisi ilə təminat da öz həllini tapacaq.