• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 16.12.2020 16:16

İcazəsiz çölə çıxanlar cərimələnir

KepezTV Player

Gəncədə sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarət gücləndirilirb. Şəhərin müxtəlif ərazilərində xidmətlərini davam etdirən polis əməkdaşları hələ də tələblərə tabe olmayan şəxsləri aşkarlayıb.

Görüntülər Gəncə şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətin intensivliyi müşahidə olunan bu ərazidə yol polisi əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birgə xidmət aparır. Əsas hədəf isə sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə nəzarət etməkdir.

Artıq bir neçə gündür Gəncə şəhərinin müxtəlif ərazilərində postlar qurulub. Bu postlarda istər piyadalar, istərsə də avtomobil sürücüləri bir qayda olaraq yoxlanılır. Təbii ki, heç bir icazəsi olmadan çölə çıxanlar polis əməkdaşları tərəfindən müvafiq qaydada çərimələnirlər. Sevindirici haldır ki, aparılan yoxlamalar zamanı əksər şəhər sakinlərinin qayadlara əməl etdiyi müşahidə olunur.

Xüsusi icazəsi olmadan çölə çıxan şəxslərin əsasən piyada hərəkət edən vətəndaşlar olduğu müəyən edilib. Belə şəxslər müxtəlif səbəblər  səsləndirməklə özlərini cərimədən xilas etməyə çalışıblar.

Yoxlamalar şəhərin Şah İsmayıl Xətai prospekti və Əziz Əliyev küçəsində də aparılıb. Avtobuslarda sürücü və sərnişinlərin xüsusi icazəsinin olub- olmadığı diqqət mərkəzində olub.

Eşqin Qasımov - DİN-in mətbaut xidmətinin əməkdaşı: Ümumilikdə şəhər sakinlərinin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi qənaətbəxşdir. Azda olsa yayınma halları var. Onlar barəsində də polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Gəncədə xüsusi karantin rejiminə nəzarət məqsədi ilə bu kimi yoxlamalar davam etdirilir.

 

Natiq Hüseyn