• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2513
— 16.12.2020 12:24

ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb

KepezTV Player

Dekabrın 8-dən 12-dək Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələr, poliklinikalar və xəstəxanalara baxış keçirib. Qurumun Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, ümumilikdə vəziyyət stabildir. Onun sözlərinə görə, bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsinə fasilələr yaranıb. Peyvəndləri lazımi səviyyədə saxlamaq üçün soyuq zəncir prinsipi tətbiq edilməlidir. Lakin bu da indiki şəraitdə müəyyən vaxt tələb edir. ÜST rəsmisi bildirib ki, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur. Münaqişə səbəbindən bir çox insanlarda stres siptomları meydana gəlib. Harmancı həmçinin əlavə edib ki, vaksinasiya planının hazırlanması üçün yaxın vaxtlarda ÜST ekspertləri də Azərbaycana gələrək bu işə yardım edəcəklər. "Peyvənd olunacaq insanlar da özünü qorumalıdır. COVID-19-a yoluxma sayında artım hər kəsi narahat edir. Bəzi yerlərdə avadanlıq və testlər kifayət qədər olsa da, tələbatın artmasından test nəticələri gec çıxır" - deyə Harmançı vurğulayıb.