• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 16.12.2020 11:53

“The Game Awards 2020” ilin ən yaxşı oyunlarının adlarını açıqladı

“The Game Awards 2020” mərasiminin təşkilatçıları dünən gecə münsiflər heyəti və oyunçuların səsi əsasında ilin ən yaxşı oyunlarının tam siyahısını təqdim edib. Bu barədə “Gamemag” xəbər yayıb.
“İlin Oyunu” kateqoriyasında əsas mükafat “The Last of Us: Part 2” oyununa verilib. Məhsul həmçinin “Ən yaxşı  oyun dizaynı”, “Ən yaxşı süjet” və “Ən yaxşı audio dizaynı” nominasiyalarını da qazanıb. Bundan əlavə, “The Last of Us” əlillər üçün ən əlçatan oyun sayılıb.
İzləyicilərin fikrincə “İlin oyunu” “Ghost of Tsushima” olub, o, eyni zamanda “ən yaxşı art-dizayn” mükafatını qazanıb.
Ən yaxşı soundtrek (musiqi) “Final Fantasy VII Remake”də səsləndirilib.
Ən yaxşı ekşn-oyun “Hades” hesab edilib.
Ən yaxşı VR Oyunu “Half Life: Alyx” olub.
RPG oyunları arasında birinci yeri “Final Fantasy VII Remake” qazanıb.
“Ən yaxşı ailə oyunu” mükafatı “Animal Crossing: New Horizons”a verilib.
“Microsoft Flight Simulator” isə ən yaxşı strategiya oyunu sayılıb.
Ən yaxşı kiberidman oyunu “League of Legends” seçilib.