• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2163
— 15.12.2020 19:06

Samux və Daşkəsəndə qayda pozanlar aşkarlandı

KepezTV Player

Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobili saxlayıblar. Yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə edilməli olan, Göyçay sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib. Babayev müalicə olunması üçün yaşadığı ünvana geri qaytarlıb. Daşkəsən polisi isə koronavirus testlərinin nəticələri pozitiv çıxan rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayevi saxlayıb.Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə onlar evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.