• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 15.12.2020 19:33

Azərbaycan 5 mövcud vaksinlə tanış olub

KepezTV Player

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 4 273 yeni yoluxma faktı qeydə alınıb, 4 164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində məlumat verilib. Vurğulanıb ki, artıq virusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb. Azərbaycanda da bununla bağlı müvafiq işlər görülür.

Ölkəmizdə xəstəxanaların strukturunun yaxşılaşması nəticəsində bu gün gündəlik 4000 yoluxmanın öhdəsindən gələ bilirik: “Amma bu, daimi deyil. Ona görə də gərək biz vaksinasiyaya başlayaq. Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib. Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən 7-si 3-cü mərhələdədir. Azərbaycan 5 mövcud vaksinlə tanış olub.

Ölkədə COVİD-19 vaksininin təmin edilməsi məsələsində Türkiyə respublikası ilə birlikdə müzakirələr aparılır.

Vaksinlər 100% təhlükəsizlik qaydalarına cavab verəcək. Bu zaman peyvənd məntəqələrinin, tibbi personalın tam hazır olması da təmin ediləcək. İlkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur.

Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi - "CoronaVac" inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir.

Vurğulanıb  ki, bir ailədə biri koronavirusa yoluxa, digər yoluxmaya bilər: “Bu yenə də immun sisteminə bağlıdır: Vaksinasiya olunan şəxsdə anticisimlərin nə qədər müddət davam etməsi də o şəxsin immun sistemindən asılı olacaq. Maskadan istifadəni isə əhalinin böyük kütlələri vaksinasiya olunana qədər davam etdirməliyik.