• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 15.12.2020 19:16

Azərbaycan qazı Türkiyədən birbaşa Naxçıvana ötürüləcək

KepezTV Player

Türkiyədən Naxçıvan Muxtar Respublikasına qaz boru xəttinin çəkilişi Azərbaycanla Türkiyənin əlaqələrini daha da genişləndirəcək və gücləndirəcək. Bunu "Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu"nun imzalanması mərasimində energetika naziri Pərviz Şahbazov deyib. Qarşılıqlı sərmayələrə gəldikdə, Şahbazov bildirib ki, ümumilikdə, Azərbaycan Türkiyəyə 18 mlrd. ABŞ dollarından çox investisiya yatırıb ki, onun da 16 mlrd. dollardan çoxu məhz enerji sahəsinədir.