• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 15.12.2020 19:54

Ailəsi gizirin yolunu gözləyir

KepezTV Player

Erməni əsirliyindən azad olunan hərbiçilərimizdən olan gizir Ömər Ələkbərov 7 ildir ordu sıralarında xidmət edir. Vətən müharibəsi başlayanda silaha sarılaraq canından artıq sevdiyi torpaqlarımızın azadlığı üçün döyüş meydanında böyük rəşadət göstərib. O, Xocavənd və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıq edib. Düşmənə ağır zərbələr vurub. Döyüşlərin birində gizir yaralı halda ermənilərə əsir düşüb. İndi erməni əsirliyindən azad olunan Ömər Ələkbərovun ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Hər kəs onun evinə qayıdacağı günü səbirsizliklə gözləyir.

Mehriban Ələkbərova - Ömər Ələkbərovun həyat yoldaşı: Şəhidlərimizin adını öz balalarına qoyub, Çingiz, Mübariz, Zəhra. Axırıncı dəfə noyabırın 5-I zəng edib. Onnan zonra bir müddət xəbər çıxmadı. Sonra bizə dedilər ki, əsirdi. Prezidentimizə minnətdaram çox sağ olsun.

Şərqin Ələkbərov - Ömər Ələkbərovun qohumu: Çox şükür vətəniməz qayıtdı. Ali baş komandanımıza minnətdaram. Sağ olsun ki, nəzərdə saxladı.

Turqut Verdiyev - Ömər Ələkbərovun bacısı oğlu: Dayımla birlikdə digər əsirlərdə qayıtdı. Sağ olsun prezidentimiz bu diqqəti yetirdi hər kəsi nəzərdə saxladı.

Aysu Abdullayeva - Ömər Ələkbərovun bacısı qızı: Səbirsizliklə gözləyirəm ki, dayım gəlsin bu qapıdan girsin. Allah şəhidlərimizə rəhmət etsin. Fxr edirəm ki, mən Azərbaycanlıyam. Ali baş komandanımıza da minnətdarlığımızı bildiririk ki, əsirlərimiz sağ salamat bizə qaytardı.