KepezTV Player
Ermənilərin döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncəni ballestik raketlərdən vurması Azərbaycanı dəstəkləyən tərəflərin diqqət mərkəzindədir. Ölkəmizin haqlı mövqeyini daim dəstəkləyən rusiyalı jurnalist və politoloq Maksim Şevçenko da Gəncəyə gələrək erməni silahli qüvvələri tərəfindən raket hücumu ilə dağıdılan ərazilərə baş çəkib. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qonağa erməni terroru zamanı insan tələfatı və dağıntılar barədə məlumat verib. Hadisə yerinə güllər düzüb, ölənlərin ruhuna dualar oxuyan Şevçenko zərər çəkən insanlarla görüşüb və bu hadisənin vandalizm aktı olduğunu bildirib. Şevçenko gördüklərindən dərin sarsıntı keçirdiyini də dilə gətirib.
- Baxış: 359