• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 15.12.2020 16:03

Şərif Əliyevin ailəsi yolunu gözləyir

KepezTV Player

Erməni əsrliyindən azad olunanlar sırasında Şəmkirin Dəllər-Cırdaxan kənd sakini Şərif Əliyev də var. 25 yaşlı hərbi qulluqçu sentaybrın 29-da döyüşlərə yollanıb. Döyüş yolu Murovdağdan Füzuliyədək uzanan Şərif Əliyevlə ailəsi sonuncu dəfə noyabrın 8-də telefonla danışıb. Həmin vaxt hər şeyin yaxşı olduğunu və tezliklə zəfər çalacağını bildirən əsgərin sonradan əsir götürülüdüyü məlum olub. Ötən gün axşam saatlarında isə övladlarının artıq Bakıda olduğunu eşidən ailənin sevincinə bütün kənd sakinləri qoşulub. Ailəsi dekabrın 20-də doğum gününü qeyd edəcək Şəriflə görüşməyi səbirsizliklə gözləyirlər.

Elsevər Əliyev - Şərif Əliyevin atası: Özümdən asılı olmayaraq həyacan keçirirəm. Yenə deyirəm bütün valideynlər daim xeyr xəbər eşitsinlər.

Sədaqət Əliyeva - Şərif Əliyevin anası: Ay yarımdı mənim oğlumdan xəbər yox idi. Xəbər gəldi ki, oğlunuz əsir götürüblər. Onda bir üzüm güldü bir üzüm ağladı. Həyəcan keçirdim. Dedim daha uşağım salamatdır. Axşamda özü zəng etdi. Dedi ay mama sağ salamatam yaxşıyam. Məndən nigaran olmayın Azərbaycandayam.