• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 15.12.2020 16:13

4273 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 4 273 yeni yoluxma faktı qeydə alınıb, 4 164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində məlumat verilib. Vurğulanıb ki, artıq virusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb. Azərbaycanda da bununla bağlı müvafiq işlər görülür. Vaksinlər 100% təhlükəsizlik qaydalarına cavab verəcək və vaksinasiya pulsuz həyata keçiriləcək. İlkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Azərbaycan 5 mövcud vaksinlə tanış olub.