• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 15.12.2020 12:07

Erməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıb

KepezTV Player

27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam edən Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb. Bunu təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş tədbirdə çıxışında deyib. Təhsil naziri dəyən zərərin aradan qaldırılması, erməni təxribatları və koronavirus pandemiyası fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində müvafiq addımların atıldığını vurğulayıb. Emin Əmrullayev onlayn tədrisə keçidi təmin etmək məqsədilə yaradılan “Virtual məktəb” platformasının fəaliyyətinə də toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.