• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 15.12.2020 12:11

Bayram Kərimovun ailəsi sevinclidir

KepezTV Player

Vətən müharibəsində gedən döyüşlər zamanı Ermənistan tərəfə əsir düşən hərbçilərdən biri də Bayram Kərimovdur. Dünən Vətənə qaytarılan əsgər hazırda Bakıda həkim nəzarəti altındadır. Övladlarının sağ-salamat geri qayıtdığına sevinən Kərimovlar ailəsi sevinclidirlər. Həm də ona görə ki, Bayram Kərimovun vətənə qaytarılmasını həyat yoldaşı Sevgi Kərimova bu gün qeyd etdiyi doğum gününə ən böyük hədiyyə hesab edir.

Sevgi Kərimova - Bayram Kərimovun həyat yoldaşı: Şükür Allaha nəinki Bayram bütün əsirlərimizi qaytarırlar. Çox sevinirik. Prezidentimizə təşəkkür edirik. Bütün əsirlərimizi qaytardı. Bu gün mənim ad günümdür. İnaşallah Bayram özü də zəng edər, bizə ən böyük hədiyyə olar.

Zülfiyyə Kərimova - Bayram Kərimovun anası: Sözün açığı mən siyahıda oğlumun adını görəndə çox sevindim. Həddən artıq sevindim. Həm də sevindim əsirlərimizi artıq qaytarırlar.