• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2313
— 15.12.2020 09:29

"Tək millət, tək ürək!"

KepezTV Player

“Tək millət, tək ürək!” Bu şüar rəhbər tutularaq başladılan aksiya çərçivəsində türk iş adamları Gəncədə vətən müharibəsində şəhid olan soydaşlarımızın  evində olublar. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi şəhid ailələrinə sovqatlar aparılıb, onların qayğıları ilə maraqlanılıb. Şəhid yaxınlarının Türkiyədə təhsil almaları üçün öhdəliklər də götürülüb.

Türkiyənin Azərbaycandakı iş adamları və Sənayeçilər birliyinin dəstəyi ilə reallaşan "Tək millət, tək ürək!” layihəyəsinə ilk olaraq Gəncədən başlanılıb. Şəhər rəsmiləri, millət vəkilləri, Türkiyənin Gəncədəki baş konsulluğunun nümayəndələri şəhid çavuş  Röyal Cəfərovun evində olublar. Şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib. İki övladı olan çavuşun həmişə torpaqlarımızın azad edilməsini əmrini səbirsizliklə gözlədiyi və döyüşə atılaraq şəhid olduğu vurğulanıb.

Şəhid Canlar Cavadovun da ailəsi yad edilənlər sırasında olub. Ailə üzvləri ilə görüş zamanı müddətdən artıq xidmət edən çavuşun cəbhədə gedən qızğın döyüşlər gedən zaman şəhid olduğu bildirilib. 5 övladı olan şəhidin təmirə ehtiyacı olan mənzili də dövlət tərəfindən yenilənib. Yaşayış üçün hər cür şərait yaradılıb. Türk iş adamları şəhidin ailəsinə sovqat verib.

Müddətdən artıq hərbi qulluqçu Zərbəli Qafarov da işğalda olan torpaqlarımızın azadlığı üçün silaha sarılan igid oğullarımızdandır. Çavuş Murov dağ yüksəkliyinin azad edilməsində böyük qəhərmanlıq göstərib. Suqovuşan, Cəbrayıl, Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq gösətərib. Türkiyəli iş adamları şəhidin ailə üzvlərinə yardımlar verib, onların qayğılarını dinləyib. Ailə üzvlərinin Türkiyədə oxuması üçün hər cür şərait yaradacaqları diqqətə çatdırılıb.

Şəhid Çavuş Mərhab Əliyevin ailəsini ziyarət edən qonaqlar şəhidin həyat yoldaşını və üç övladını da yardım göstəriblər. Azyaşlıların təhsili ilə maraqlanıblar. Mərhab Əliyev vətən müharibəsində tankçı olub. Onun başçılıq etdiyi tank heyəti düşmənə sarsıdıcı zərbələr endirib. Qəhrəman tankçının şərəfli döyüş yolunun örnək olacağı vurğulanıb.

 

Elnur Vahidoğlu