• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 15.12.2020 09:16

Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyalar qəbuledilməzdir

KepezTV Player

Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir. Bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqi qərarının qınandığı, Azərbaycanın hər zaman olduğu kimi Türkiyənin yanında olduğu və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəklədiyi qeyd olunub.