• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 12.12.2020 12:36

Hande Harmancı müharibədən zərər çəkmiş ailələrlə görüşüb

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncədə müharibədən zərər çəkmiş şəxslərlə görüşüb. Harmancı bu ailələrə koronavirusla mübarizə üçün bir sıra tibbi ləvazimatlar gətirib, xəstəliklə mübarizə üsulları ilə bağlı fikirlərini bölüşüb. Gəncədə oktyabrda törədilən erməni təxribatları nəticəsində 60 ailə evsiz qalıb. Bu ailələr əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşıb. Şəhərin bombalanması zamanı ümumilikdə 30-a yaxın mülkü şəxs həyatını itirib, 90 nəfər yaralanıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı karanavirus xəstəliyi ilə bağlı yaxın vaxtlarda vaksinlərin başlanmasına da münasibət bildirib.