• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 12.12.2020 19:10

Pakistan humanitar yardım göndərib

KepezTV Player

Pakistan Azərbaycana humanitar yardım edib. İlkin ehtiyac üçün vasitələr, o cümlədən böyük çadırlar, yataq dəstləri və hazır qidalar Pakistan hökuməti tərəfindən Azərbaycan hərbçilərinə və azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərə göndərilib. Qeyd olunub ki, Pakistan hökuməti tərəfindən göndərilən yardım iki ölkə arasında olan sıx münasibətlər və qardaşlığın bariz nümunəsidir: “Pakistan hökuməti və xalqı hər zaman Azərbaycanı dsətəkləyib və azad edilmiş ərazilərdə yenidən həyatın qurulmasında da əvvəlki kimi yardım etməyə hazırdır”, - deyə Pakistanın səfriri Bilal Hay bildirib.