• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 12.12.2020 19:03

ARTE-də erməni vəhşilikləri ilə bağlı reportaj

KepezTV Player

Gəncə şəhəri. Ermənistan cəbhə bölgəsindən uzaqda yerləşən bu şəhəri ballistik raketlə hədəfə alıb. Oktyabrın 17-də raket hücumundan sağ qalan şahidlər danışırlar ki, bir evdə 5 nəfərlik, bir evdə isə 4 nəfərlik ailənin bütün üzvləri həlak oldular. Digər 5 nəfərlik ailədən yalnız kiçik qız sağ qalıb. Həmin gecə dəhşətli idi. Uşaqlar həlak oldular. Gecə insanlar yatan zaman Ermənistan ballistik raketlə şəhərin yuxuda olan dinc sakinlərini hədəfə aldı. Bu sözlər isə Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE-də yayımlanan reportajda yer alıb. Videomaterialda Gəncədə raket zərbələri endirilən məhəllənin sağ qalan sakinləri həmin dəhşətli gecədə baş verənləri danışırlar. Onlar hər gün dağıntılar olan yerə gələrək həlak olmuş yaxınlarının xatirəsini yad edirlər. Gəncə şəhərindən başqa ARTE kanalının çəkiliş qrupu işğaldan azad edilmiş Füzuli rayonunda da olub, ermənilərin burada törətdikləri dağıntıları lentə alıblar. Reportajda məşhur fotoqraf Reza Deqatinin fikirlərinə də yer verilib. Avropalı jurnalistlər həmçinin erməni ballistik raketlərinin digər hədəfləri olan Tərtər və Bərdə şəhərlərində olublar. Onlar reportajda həmin şəhərlərdə törədilən dağıntılar, həlak olanlar barədə məlumat veriblər.