KepezTV Player
Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Ulu öndərin vəfatının 17-ci ildönümü ilə əlaqədar anım mərasimi şəhərin baş meydanında təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu, ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Tədbir iştirakçıları müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin baş meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
- Baxış: 357