• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1966
— 12.12.2020 12:16

Ümummilli lider Heydər Əliyevin anım günüdür

KepezTV Player

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir. Ulu öndərin xatirəsi Azərbaycanda, eləcə də xarici ölkələrdə ehtiramla yad edilir.Onun həyat yolu, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri bu gün dönə-dönə xatırlanır. Azərbaycanın ən yeni tarixi, qazandığı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. İqtisadi-siyasi, hərbi, mədəni cəhətdən demək olar ki, bütün problemlərin həllində Ulu Öndərin birmənalı şəkildə rolu olub. Dahi şəxsiyyətin Azərbaycan üçün etdiyi ən mühüm məsələlərdən biri məhz Azərbaycan vətəndaşına dövlət və dövlətçiliyin nədən ibarət olduğunu çatdırmaq idi. Heç kimin inana bilməyəcəyi beynəlxalq miqyaslı layihələrin məhz Azərbaycan üzərindən həyata keçirilə biləcəyini dünyaya sübut edən Heydər Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsi kimi böyük problemlərin yarandığı bir dövrdə müharibəni dayandırdı, Azərbaycanın müxtəlif feodallıqlara parçalanma təhlükəsini aradan qaldırdı. Ulu Öndərin düşünülmüş, uzaqgörən siyasəti iqtisadi müstəvidə dividentlər gətirdi, Azərbaycanı beynəlxalq miqyasda tanıtdı. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il ötməsinə baxmayaraq ulu öndərin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır.