KepezTV Player
Anım Günü təqvimə salınacaq. Bununla bağlı Əmək Məcəlləsinə yeni maddə əlavə edilib. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günüdür. Əmək Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Həmçinin “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirə olunub.Milli Məclis 12 dekabr saat 00-dan hərbi vəziyyətin ləğv edilməsini təsdiqləyib.
- Baxış: 162