• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 10.12.2020 19:43

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

KepezTV Player

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolu, Arbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolu, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumu, Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Bakıda keçirilən Qələbə paradı münasibətilə hazırlanan “Zəfər paradı” adlı poçt markası və “Birinci gün” zərfləri dövriyyəyə buraxılacaq. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.