• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 10.12.2020 12:30

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. Bərdə sakininin üzərindən və avtomobilindən marixuana aşkarlayıb.

Saxlanılan əvvəllər məhkum olunmuş Bərdənin Otuzikilər kənd sakini 56 yaşlı Nail Qasımovdur. Polisin isti izlərlə keçirilən əməliyyatı zamanı adıçəkilən şəxs elə yaşadığı kənd ərazisində tutulub. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Yunis Quliyev təhqiqatçı Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Qasımova məxsus “VAZ 21013”  markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi  7 kiloqram 900 qram  narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb.

Saxlanılan şəxs uzun illərdir narkotik aludəçisi olduğunu deməklə hüquq müdafiəçilərini inandıra bilməyib. Götürülən narkotikin miqdarı və əldə edilə məlumatlar belə deməyə əsas verir.

Nail Qasımov saxlanılan şəxs Yolun kənarında kanal var. Kanıln qırağında yoldum tökdüm. 15 gündən sonra gəldim quruyub. Aparıb qarğılığa qoydum. Dünən üçün getdim baxım görüm oradadırmı. İstədim aparıb sahəmin ayağında basdırım.

Hazırda Nail Qasımovun narkotik vasitəni haradan və hansı məqsədlər üçün əldə edib saxlaması istiqamətində araşdırmalar davam etdirilir.

Natiq Hüseyn