• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 10.12.2020 09:22

İkitərəfli münasibətlərdən bəhs edilib

KepezTV Player

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşü baş tutub.İki ölkə arasında iqtisadi, mədəni və digər əməkdaşlıq səviyyələrinin, habelə sərhədlərarası əməkdaşlığın artırılmasından bəhs edilib. Nazir İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşündə ölkə liderlərinin əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək istiqamətindəki iradəsinə toxunub. Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.