• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1131
— 09.12.2020 20:16

Qazilərin qayğıları dövlətin diqqətindədir

KepezTV Player

Mayor Mahir Hüseynov da vətən müharibəsində şücaət göstərən qəhrəmanlardandır. Onun başçılıq etdiyi tabor torpaqlarımızın azad olunmasında böyük igidlik göstərib. Vətən müharibəsində nümayiş etdirdiyi sücaət diqqət yayınmayır və dövlət bütün hərbiçilərin, şəhid ailələrinin yanında olduğu sübut edir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəhrəman mayorun evində olub. Horadiz, Cəbrayıl, Füzuli uğrunda gedən ağır döyüşlərdə igidlik göstərən Mahir Hüseynov Xocavənd istiqamətində gedən döyüşlərin birində bədəninin müxtəlif nahiyyələrindən qəlpə yaraları alıb. Şəhər rəhbərliyi tərəfindən qazinin övladlarına hədiyyələr verilib.

Mahir Hüseynov - qazi: Əslində keçdiyimiz döyüş yolu hər biri ayrılıqda tarixdir. Hər bir qarış, hər bir kilometr şəhidlərimizin, qazilərimizin qanı ilə qazanılıb. Bəlkədə budur bizi qələbəyə aparan. Çünki əsgərlərimizdə vətən sevgisi, şəhdilərin qanının yerdə qalmaması sevgisi bizi o qələbəyə apardı. Biz dövlətin xalqın hər birinin sevgisini üstümüzdə hiss etdik.