• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 09.12.2020 15:01

ABŞ Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır

40-dan çox general prokuror və ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşırlar. Məlumata əsasən bu artıq bugün baş verməlidir. Bu barədə The Washington Post xəbər verib. Məlumata əsasən ABŞ hökumətinin fikrincə Facebook bazardakı mövqelərini gücləndirmək üçün rəqiblərini “öldürür”. Məlumatda qeyd edilib ki, şirkətə qarşı məhkəmə iddiasının qaldırılması üzrə tarix dəyişə də bilər. Şikayətdə əsasən Facebook tərəfindən Instagram ilə Whatsapp-ın alınmasına baxılacaq. ABŞ hökumətinin fikrincə bu öz növbəsində Facebook şirkətini bazar liderinə çevirib və istifadəçiləri alternativ variantlardan məhrum edib.

Məhkəmə iddiasını qaldırmış tərəflər məhkəmədən Facebook-un öz biznesinin bir hissəsini satmağı və gələcək müqavilələr barəsində dövləti məlumatlandırmağı tələb edrlər.

Ştatların prokurorları məhkəmə prosesini Federal ticarət komissiyası (FTC) ilə koordinasiya edir. FTC-nın istintaqı final mərhələdədir və o artıq bugün məhkəmə iddiasını qaldıra bilər. Facebook bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd etmək lazımdır ki, oktyabr ayında antimonopoliya üzrə məhkəmə komitəsi Facebook-u monopoliyada günahlandıran istintaq sənədini təqdim etmişdi. Sənəddə deyilir ki, rəqabətin olmaması səbəbilə Facebook-un keyfiyyəti dəfələrlə aşağı düşüb. Bu səbəbdən də istifadəçilərin konfidensiallıqları və məlumatların etibarlıqları zərər çəkiblər. ABŞ konqressində çıxışı zamanı Mark Zuckerberg bildirmişdi ki, Instagram ilə Whatsapp-ın alınması sosial şəbəkələrin keyfiyyətlərini yüsəldib. TikTok kimi sürətlə inkişaf edən sosial şəbəkələrin ortaya çıxması isə sağlam rəqabətin olduğundan xəbər verir.