![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/sam_1.jpg?itok=RpMzczSW)
Bu ilin əvvəlində Samsung təmsilçiləri elan etmişdilər ki, onlar 600 MP-lik kamera sensoru üzərində çalışırlar. Bu isə insan gözünün göstəricisindən daha çoxdur. Bir sıra alimlərin fikirlərinə əsasən insan gözü 500 MP-lik görüntü keyfiyyətini verir. İndi isə internetdə Samsung şirkətinin 600 MP-lik kamera sensoru barəsində ilkin məlumatlar ortaya çıxıb. Sözügedən məlumatları Ice Universe ləqəbli məşhur insayder verib. Əslində söhbət, mövcud olan məlumatlar əsasında formalaşdırılmış ehtimallardan gedir.
- Baxış: 362