• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 09.12.2020 14:06

Niderlandda yeni kvant interneti yaradılacaq

Niderlandda kvant internetinin hazırlanmasına başlanılıb. Mütəxəssislər tərəfindən Amsterdamda gələcəkdə tam kvant internetinə çevriləcək lokal şəbəkənin inşası planlaşdırılır. ictnews.az-a istinadən bildirir ki, kvant interneti üzərində iş "KPN" operatoru, Niderland Təhsil və Tədqiqat Müəssisələri Assosiasiyası (SURF), eləcə də "OPNT" şirkəti tərəfindən aparılacaq. Rəhbərlik "Intel" şirkətindən kvant hesablama elementləri alan "QuTech" tədqiqat qrupu tərəfindən həyata keçiriləcək. Məlumata görə, şəbəkə kvant bit və kubitlərin mübadiləsi üçün optik kanallar vasitəsilə kvant prosedurlarını bir-biri ilə birləşdirəcək. Əvvəlcə kvant məlumat şifrləməsi, sinxronlaşdırma kimi daha sadə vəzifələrin həlli planlaşdırılır. Xatırladaq ki, bu yay ABŞ kvant internetinin inkişaf strategiyasını təqdim edib. Şəbəkənin qurulması beş mərhələdə (onların hər biri kvant internetinin ölkənin müxtəlif hissələrində yerləşən bir neçə laboratoriyada tətbiqini nəzərdə tutur) olmaqla 10 il ərzində həyata keçiriləcək. Bundan sonra ABŞ kvant internetinin tam prototipini yaratmaq imkanına malik olacaq.