• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 09.12.2020 13:28

Google Youtube-da təhqiredici şərhlər ilə mübarizə üçün yeni funksiya istifadəyə verdi

Youtube kanalların müəllifləri tez-tez öz videolarının şərh bölmələrində digərləri tərəfindən təhqirlərə məruz qalırlar. Bu cür halların sayını aşağı salmaq üçün Google şirkəti Youtube üçün yeni funksiyanı işə salıb. Həmin funksiya təhqiredici şərhlərə avtomatik reaksiya verəcək. Söhbət, şərhin öncədən keçmiş moderasiyasından getmir. Belə hallar ilə mübarizə aparmaq üçün şirkət tamamilə fərqli yola üz tutub. Bu barədə 4pda saytı xəbər verib. Əvvəlcədən də düşünüldüyü kimi əgər sistem hansısa şərhi təhqiredici kimi qəbul etsə yeni funksiya avtomatik işə düşəcək. Bu halda təhqiredici şərhi yazmış istifadəçi ortaya çıxan pəncərə formasında xəbərdarlıq əldə edəcək. Həmin pəncərədə isə ona şərhin mətninə Youtube siyasətinə əsasən düzəliş etmək təklif olunacaq. Bu cür xəbərdarlığa baxmayaraq istifadəçi öz şərhini saxlaya bilər. Google bildirib ki, sözügedən xəbərdarlığın ortaya çıxması heç də dəqiq şəkildə şərhin silinməsi demək deyil. Bu yeni funksiya artıq Youtube-un Android üçün olan versiyasında aktivləşdirilib. Yaxın zamanda o həmçinin iOS və desktop versiyaya da əlavə ediləcək.