• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 09.12.2020 11:58

“Azərbaycanın maliyyə sektoru daha dayanıqlı olmalıdır”

KepezTV Player

Yaradılmış iqtisadi potensiala arxalanaraq ordu quruculuğu sahəsində çox böyük işlər görülüb. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Azərbaycan iqtisadiyyatı qələbədən sonra dayanıqlılıq nümayiş etdirir. Ermənistan iqtisadiyyatı isə tam tənəzzüldədir, devalvasiya prosesi başlayıb. İşğaldan azad edilən yerlərin bərpası, bu ərazilərin iqtisadi potensiala cəlb olunması iqtisadi gücümüzü daha da artıracaq. Bu istiqamətdə maliyyə sektorunun qarşısında mühüm çağırışlar durur. Bu gün dünya bazarlarında gedən çağırışlar hamımıza məlumdur, neftin qiyməti və s. Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”. Sitatın sonu