• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2402
— 08.12.2020 12:07

Şəhid ailələri və yaralalılara dəstək üçün “YAŞAT” Fondu yaradılır

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında fərman imzalayıb. “YAŞAT” Fondunun  vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Dövlət başçısı fondun Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstəriləcək. Könüllülər həmin şəxsə yardım göstərirlər. Müraciət elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir.

Dövlət Agentliyi daxil olan müraciətlərə baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir. Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı bank vasitəsilə təqdim olunur. Eyni müraciətlə bağlı Fondun əvvəllər yardım etdiyi, habelə balansda kifayət qədər vəsait olmadığı hallarda, şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Bunun üçün şəxsin müraciəti rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.