• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 08.12.2020 09:10

İkitərəfli əməkdaşlıq müzakirə olunub

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov ilə israilli həmkarı Qabi Aşkenazi arasında telefon danışığı olub. Nazirlər bölgədəki vəziyyət, üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icrasının vacibliyini vurğulayıblar. Müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.