• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 07.12.2020 19:47

Prezident İtaliya Deputatlar Palatasının sədr müavinini qəbul edib

KepezTV Player

"İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik". Bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Dövlət başçısı İtaliya şirkətlərinin bu işlərdə fəal iştirakını arzuladığını bildirib. İtaliya tərəfinə artıq bu təkliflər verilib. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq.

İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato isə deyib ki, Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Belə bir keşməkeşli vaxtlarda enerji təhlükəsizliyi həqiqətən dostluq münasibətləri olan ölkələrə həvalə edilir. "Biz bu dostluğu daha da gücləndirmək istəyirik və münasibətlərimizi daha da şaxələndirmək fikrindəyik", - deyə Rosato vurğulayıb.