• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2098
— 07.12.2020 20:10

Dərmanlara olan təlabat artıb

KepezTV Player

Artıq respublikamızda koronavirus xəstələrinin sayı minlərlə ölçülür. Günbəgün COVİD-19-a yoluxanların durmadan artan sayı apteklərə də müraciətləri artırıb. Əməkdaşlarımız dərmanlara çoxalan tələbatlarla maraqlanıb, izləyək.

Təranə Babayeva - sakin: Mənim ailəm də özüm də hamımız gigiyenik qaydalara riayət edirik. Sabundan istifadə edirik, spirtdən istifadə edirik ki, yoluxmuyaq. Kimi görürəm tövsiyyə edirəm ki, maskadan istifadə edin. Çalışın hələ iki maska taxın. Çoxdu, yayılıbdı, inşallah da qarşısını alarıq.

İlahə Ağaməmmədova - sakin: Hazırda neçə tanış var bəli yoluxubdur. Sağlamlığımız üçün ən vacib şərtlərdən biri maskadan, spirtdən istifadə etmək, gigyenik qaydalara əməl etmək lazımdır. Tibbi qaydalara hər kəs riayət eləsə əvvəlki həyatımıza dönə bilərik.

Tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, sosial izolyasiya qaydalarına əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq. Bütün bunlar ilin əvvəlindən bütün dünyanı lərzəyə salaraq onu  çarəsizliklə mat qoyan koronavirus xəstəliyinə yoluxmamağın ən vacib sayılan şərtlərindəndir. Son vaxtlar elə Gəncədə də yoluxanların sayının kəskin artması əczaxanalarda müəyyən dərmanlara olan təlabatı da artırıb, hətta tapılmayanları da var.

Səyyaf Məmədov - əczaçı: Dərmanların bəziləri doğrudan da tapılmır, gəlmir, çətinlik yaranır. İş həddinnən artıq çoxalıb. İnsanlar da bir-birini gərək qorusun, məsafə saxlasın. Bəzən xəstələr bir balaca öskürən kimi tempuratırı olmuyanda belə antibotikdən istifadə edirlər. Bu da çox ziddir olmaz, həkimə mütləq müraciət etmək lazımdır. Təkrar yoluxmaq lap pis olur və onun fəsadları daha ağır olur. Ona görə də yoluxmadan sağaldınsa özünü mütləq qorumalısan. Yoluxmusansa 14 gün evindən çölə çıxmaq olmaz. Çalışmaq lazımdır ki, çox kantakda olmuyasan başqa insanlara keçməsin. 

Emin Quliyev - əczaçı: Ötən aylara baxanda bu aylarda daha çoxdu. Yaxın bir ay ərzində daha çox təlabat var. Virus dərmanı təlabata uyğundu. Onu da təmin etməyə çalışırıq. Erqaferon, anaferon, sinq, D vitaminləri, vitamin C, selen tabletkaları, kalsi ilə təmin etməyə çalışırıq. Həkimlər təklif edib yazırlar, biz də onu tapıb xəstələrə verməyə çalışırıq.

Tələb olunan qaydalara əməl etmək apteklərdə dərmanların da rahat şəkildə əldə edilməsinə imkan yaradar. Eləcə də səhiyyə sisteminə artan yük azalar. Özümüz, eləcə də ətrafımızda olan sevdiklərimiz üçün həmrəylik nümayiş etdirək və koronavirusdan qorunaq.

 

Elnur Vahidoğlu