KepezTV Player
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu Heydər və Atatürk zirvələrinə qalxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə,Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zirvəsi"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar.
- Baxış: 206