• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 07.12.2020 20:17

Füzuliyə bayrağımızı sancan şəhid

KepezTV Player

Yaşasaydı 31 yaşı tamam olacaqdı Füzuliyə bayraq sancan qəhrəmanımızın. Yenə hamı adət etdikləri kimi toplaşıb Pərviz Həsənovun ətrafına, yalnız məkan fərqlidir. Əməkdaşımız Natiq Hüseyn şəhidin doğum günündə yaşadığı Samuxun Eldar bölgəsində olub.

İnterşum Bayrağımızı burada qaldırdıq. Artıq Füzulidəyik. İnşallah Şuşada Laçında bayrağımızı qaldıraq. İti qovan kimi qovuruq onları.

Bu arzu və niyyətlə döyüşlərə qatılmışdı Pərviz Həsənov, döyüşçü yoldaşları ilə birgə 30 illik həsərtə son qoymaq üçün. Artıq Şuşada da, Laçında da dalğalanır Azərbaycan bayrağı, tortpaqlarımız da düşmən taptağından qurtulub. 44 günlük müharibədə Füzuliyə bayraq sancan Pərviz Həsənov isə noyabrın 8-də Şuşada qəhrəmançasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Fərmayıl Həsənov şəhidin atası Dedi papa Şuşaya qalxırıq. Döyüşümüz bir az ağır keçəcək. Sənədlərimi də Füzulidə itirmişəm. Komandanlıqdan xahiş etmişəm təkrarən mənə əmək haqqı kartı çıxartsınlar. Başıma bir iş gəlsə gedib hərbi hissədən sənədlərimi götürərsiz. Mən də acığı bir az tutuldum. Dedim elə demə. Dedi yox döyümüz ağır keçəcək.

Samux rayonunun Eldar zonasında daha dəqiqini desək Poylu kəndində doğulub boya başa çatan Pərviz Həsənov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu yerinə yetirdikdən sonra Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi işləməyə başlayıb. Vətən müharibəsinə də könüllü olaraq xüsusi təyinatlı dəstənin üzvü kimi qatılıb.

Zərəfşan Hüseynova şəhidin anası Həmişə mən o Xocalı verilişlərinə baxanda həqiqətən də çox ağlamışdım. İndi sevinirəm bu torpalqrımızın alınmasında mənim balamın da azca da olsa əməyi var.

Şəhid hərbiçi cəbhədə olduğu müddətdə ailəsindən hər şeyi gizlətməyə çalışıb. Yalnız Füzuli işğalan azad olunduqdan sonra döyüşlərdə iştirak etdiyini və yaxın vaxtlarda qələbə zəfəri ilə onları sevidniricəyinə vədd verib.

Şəfəq Yusifova şəhidin həyat yoldaşı İlk günlər Bərdədə olduğunu biləndə rahatdıydıq. Özü bildirmirdi. Sən demə Füzulidə Cəbrayılda döyüşlərdə olub. Oradada olsa onu mənə demirdi.

Şəhid hərbiçimizin bacısı qızı isə dayısına yazdığı şerlə öz hissələrini ifadə edib.

Elmira Yusifli şəhidin bacısı qızı Hisslərimlə bir şer yazdım. O şerimlə dayımı xatırlmaq istərdim.

Hərbiçimiz şəhidlik zirvəsinə ucalmaqla qəlblərdə ömür boyu yaşayacaq. Elə doğum günündə məzarı başına yaxınları, kənd sakinlərinin toplaşması da bunu bir daha təsdiqləyir. Ömrünün 31-ci payızını məzarı başında qeyd edən şəhidimizin timsalında qanı torpağa qarışan bütün vətən övladlarının misilsiz xidmətlərindən danışılıb. Vətən müharibəsinin igid və qəhrəmanlarının unudulmayacağı bildirilib.  

 

Natiq Hüseyn