KepezTV Player
Vətən müharibəsində iştirak edərək yaralanan hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılan və geniş ictimai qınağa səbəb olan məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb. 28 yaşlı Ramil Rüstəmov cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib. Hazırda araşdırmalar davam edir.
- Baxış: 976