• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 855
— 05.12.2020 20:56

Düşmənə qan udduran leytenant

KepezTV Player

Torpaq Vətən, Vətən anadır. Bu ifadə uşağından tutmuş qocasına qədər hər bir azərbaycanlının dilinin əzbəridir. Əks halda igidlərimiz ömürlərinin ən gözəl çağında Vətən üçün canlarından keçərdilərmi? Analar canından can qoparıb bu torpaq üçün qurban verərdilərmi? Bəli, bu məmləkət balasından keçən ata-anaların, canını heçə sayan oğulların çiyni üzərində var olur. İndi belə qəhrəmanlarımızdan birini tanıyacağıq. O qəhrəman ki, nişanlısı vüsalına yetə bilmədi, bəy otağı kimi bəzədilən otağı xatirələrinin yaşadığı məkana çevrildi.

Samux şəhər 1 saylı məktəb-lisey. Vətən müharibəsində bu təhsil ocağının 2 yetirməsi şəhidlik zirvəsinə ucaldı. Onlardan biri Elvin Məmmədzadə, digəri isə Nürəddin Hümbətovdur. Onların hər ikisi xüsusi təyinatlı dəstənin üzvləri olub və Şuşa uğrunda gedən döyüşlərdə şəhidliyə yüksəliblər. Bu günki sujetimiz onlardan biri barədədir, leytinant Elvin Məmmədzadə.

Orta təhsil aldığı məktəbin müəllimləri onu sözün əls mənasında qəhrəman, vətənini sevən şəxs olaraq xarakterizə edirlər.

Atası deyir ki, döyüş yolu Elvinlə keçən hər kəs onun qəhrəmanlığından, qorxmaz və düşmənə amansızlığından danışır. Mühasirədə olan yoldaşına köməyindən, yaralı zabiti xilas etməsindən, ələxsus da Şuşa uğrunda gedən döyüşlərdə düşmənlə əlbəyaxa mübarizəsindən. Məmmədovla ailəsi haqlı olaraq övladları ilə fəxr edir, axı onun və silahdaşlarının qanı və canı bahasına torpaqlarımız artıq düşmən taptağı altında deyil.

Elə Elvin Məmmədov da kişi kimi döyüşərək ucaldı şəhidlik zirvəsinə. O zirvəyə ki, hər kəsin ucalması mümkün olmur. Onun qanının qarışdığı Vətən torpağı üzərində indi 3 rəngli, ay-ulduzlu hilalımız dalğalanır.